Əsas Səhifə > XARİCİ XƏBƏR > İrandan xəbərdarlıq: Fələstin-İsrail münaqişəsi genişlənə bilər

İrandan xəbərdarlıq: Fələstin-İsrail münaqişəsi genişlənə bilər


15-10-2023, 23:47



İsrail Qəzza zolağına zərbələrini davam etdirsə, Fələstin-İsrail münaqişəsinin miqyası genişlənə bilər.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşündə deyib.

O, həmçinin israili dayandırmaq üçün İslam ölkələrinin kollektiv səfərbər edilməsini istəyib.

Abdullahian qeyd edib ki, “digər ölkələrə təmkin nümayiş etdirməyi tövsiyə edən ABŞ” İsrailə dəstəyini artırıb. Nazir əlavə edib ki, deeskalasiyada maraqlı olan tərəflər İsrailin Qəzza zolağına zərbələrini dayandırmalıdır.

Şəffaflıq.az


Geri qayıt