Əsas Səhifə > REGİON / Cəmiyyət > Göyçayda XIV Nar Festivalı keçirilib.
Göyçayda XIV Nar Festivalı keçirilib.10-11-2019, 03:42 |
![]() Şəffaflıq.az xəbər verir ki, Göyçay şəhərində XIV Nar Festivalı keçirilib.Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra 9 noyabr-Dövlət Bayrağı günü münasibətilə mərasim keçirilib. Dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları Göyçay Bayraq Meydanında üçrəngli bayrağımızın ucaldılması mərasimində iştirak edib, Bayraq Muzeyi ilə tanış olublar. Nar festivalının rəsmi açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, artıq 14-cü dəfədir təşkil edilən və iki gün davam edəcək bu məhsul bayramı Göyçayda meyvəçiliyin və turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır: “Həm yerli əhalinin, həm də ölkəmizə gələn qonaqların böyük marağına səbəb olan Nar Festivalı bir daha sübut edir ki, Azərbaycan öz mədəni irsini, adət-ənənələrini qoruyub saxlamaqdadır. Bu bayram həm də Azərbaycanın dünyada təbliğinə xidmət göstərir. ![]() ![]() Davud Tarverdiyev Göyçay Şəffaflıq.az Geri qayıt |