Əsas Səhifə > XARİCİ XƏBƏR > Bu gün Qırğızıstanda MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək

Bu gün Qırğızıstanda MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək


13-10-2023, 09:49


Bu gün Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.

Şəffaflıq.az xəbər verir ki, iclas məhdud tərkibdə - yalnız liderlərin iştirakı ilə, eləcə də geniş tərkibdə - nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək.

Sammitin yekunları üzrə birgə sənədlər paketinin imzalanması planlaşdırılır. Başlamadan əvvəl Qırğızıstan Prezidenti Sadır Japarov (ölkə bu il MDB-yə sədrlik edir) tərəfindən nümayəndə heyətlərinin rəhbərlərinin qarşılanma mərasimi olacaq. Bütün tədbirlər rəsmi qəbulla başa çatacaq.


Geri qayıt