Əsas Səhifə > XARİCİ XƏBƏR > XİN: "İsraildə 1 Azərbaycan vətəndaşı həlak olub"
XİN: "İsraildə 1 Azərbaycan vətəndaşı həlak olub"11-10-2023, 11:01 |
"İsraildə HƏMAS-ın hücumları nəticəsində 1 Azərbaycan vətəndaşı həlak olub". Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib. O bildirib ki, həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli 3 şəxs də var. A.Hacızadənin sözlərinə görə, Azərbaycanın İsraildəki səfirliyi təhlükəsizlik qaydalarına riayət etməklə işini davam etdirir. Şəffaflıq.az Geri qayıt |