Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda 26 nəqliyyat vasitəsi özəlləşdirilib

Azərbaycanda 26 nəqliyyat vasitəsi özəlləşdirilib


10-10-2023, 18:13


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirdiyi növbəti hərracda 26 nəqliyyat vasitəsi satılıb.

Bu barədə  Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, hərracda “Nissan Teana” markalı avtomobilin start qiyməti 6 500 manat olsa da, son təklif 16 500 manata yüksəlib. Start qiyməti 7 500 manat olan “Toyota Corolla” markalı nəqliyyat vasitəsi 14 000 manata özəlləşdirilib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə

https://clck.ru/36359i linki vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar 17, 24 və 31 oktyabrda keçiriləcək. Həmin hərraclara 23 kiçik müəssisə, 2 yarımçıq tikili və 54 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraclarda iştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i məbləğində behi ödəyərək iştirakçı statusu almaq olar.

Şəffaflıq.az


Geri qayıt