Əsas Səhifə > MALİYYƏ > Ramiz Mehdiyevin bankı satışa çıxarıldı

Ramiz Mehdiyevin bankı satışa çıxarıldı


10-10-2023, 14:35


Prezident Adminsitrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ailə bankı olan “Bank BTB” satışa çıxarılıb.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, Ramiz Mehdiyevin oğlu tərəfindən satışa çıxarılan banka müştəri də tapılıb. Hətta onların arasında bankın 15 milyon manata satılması barədə razılıq da əldə olunub. Lakin Ramiz Mehdiyevin bankı satın almaq istəyən şəxsdən onunla da razılaşmağı tələb etdiyi bildirilir. Bu səbəbdən sövdələşmənin hələ yekunlaşmadığı deyilir.

Xatırladaq ki, 2022-ci ilin yekun hesabatına görə, ziyanla işləyən banklar arasında artıq bağlanmış “Günay Bank”la yanaşı, “Muğanbank” və “Bank BTB”nin də adı çəkilirdi. Qeyd olunurdu ki, ötən il bankın ziyanı 5 milyon manat təşkil edib. Ramiz Mehdiyev vəzifədən ayrıldıqdan sonra bankın xalis mənfəətinin 16 milyon 653 min manat azaldığı və 2020-ci ilin sonunda 9 milyon 130 min manatlıq zərərə düşdüyü barədə xəbərlər yayılmışdı.

Şəffaflıq.az


Geri qayıt