Əsas Səhifə > XARİCİ XƏBƏR > İsrail Avropadakı yüzlərlə hərbçisini orduya cəlb edir

İsrail Avropadakı yüzlərlə hərbçisini orduya cəlb edir


10-10-2023, 14:07


İsrail HƏMAS-a qarşı müharibədə iştirak etmək üçün müxtəlif Avropa ölkələrindən yüzlərlə hərbçisini orduya cəlb edir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri yazıb.

Qeyd olunub ki, C-130 və C-130J təyyarələri hərbçiləri ölkəyə gətirmək üçün müxtəlif Avropa ölkələrinə uçub.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 900-dan çox adam ölüb, 2 616 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.


Geri qayıt