Əsas Səhifə > Hadisə > İsraildəki səfirliyimiz Azərbaycan vətəndaşlarına çağırış edib.

İsraildəki səfirliyimiz Azərbaycan vətəndaşlarına çağırış edib.


7-10-2023, 13:24


İsraildəki səfirliyimiz Azərbaycan vətəndaşlarına çağırış edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Azərbaycan vətəndaşlarının nəzərinə - İsrail Müdafiə Qüvvələri tərəfindən müharibə vəziyyəti elan edilib. Bununla əlaqədar Azərbaycan vətəndaşlarına ölkədaxili səfərlər etməməyi, təhlükəsizliyə riayət etməyi, ehtiyatlı olmağı, yerli dövlət qurumlarının verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik", - paylaşımda qeyd edilib.

Azərbaycanın İsraildəki səfirliyinin fövqəladə hallar üçün əlaqə vasitəsi: +972 50 356 95 82


Geri qayıt