Əsas Səhifə > XARİCİ XƏBƏR > İranın yol və şəhərsalma naziri Azərbaycana gəlir

İranın yol və şəhərsalma naziri Azərbaycana gəlir


4-10-2023, 18:14



İranın yol və şəhərsalma naziri Mehrdad Bəzirpaş cümə günü Azərbaycana gələcək.

Bildirilir ki, səfər iki ölkə arasında nəqliyyat və dəhliz əməkdaşlığının inkişafı istiqamətində həyata keçiriləcək.

Qeyd edək ki, bu gün regionda ən gündəm məsələlərdən biri Zəngəzur dəhlizi ilə bağlı müzakirələrdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın sonunda Naxçıvana səfəri zamanı həm rəhbərlik səviyyəsində, həm də nazirlər səviyyəsində bu barədə müzakirələr aparılıb.

Qeyd olunub ki, İrəvan bu məsələyə razılıq verməyəcəyi təqdirdə yol İrandan keçəcək və Tehran buna müsbət baxır.

Şəffaflıq.az


Geri qayıt