Əsas Səhifə > XARİCİ XƏBƏR > Avropada evlərin qiymətləri gözlənilmədən dəyişib
Avropada evlərin qiymətləri gözlənilmədən dəyişib4-10-2023, 13:46 |
2023-cü ilin ikinci rübündə avrozonada mənzil qiymətləri gözlənilmədən dəyişib - daşınmaz əmlak 2014-cü ildən bəri ilk dəfə ucuzlaşıb. Bu barədə Avropa İttifaqının Statistika İdarəsinin (Eurostat) hesabatında deyilir. Analitiklərin hesablamalarına görə, bu ilin aprel-iyun aylarında mənzil xərcləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz azalıb. Bununla belə, 2023-cü ilin birinci rübündə (yanvardan mart ayına qədər) müsbət dinamika müşahidə olunub (illik ifadədə 0,4 faiz). Ekspertlər qeyd ediblər ki, 2023-cü ilin ikinci rübündə mənzil qiymətlərində azalma avrozonanın 9 ölkəsində, artım isə 17 ölkədə müşahidə olunub. Yaşayış əmlakı ən çox Almaniya (9,9 faiz), Danimarka (7,6 faiz), İsveç (6,8 faiz) və digər ölkələrdə ucuzlaşıb. Ən əhəmiyyətli qiymət artımı Xorvatiya (13,7 faiz), Bolqarıstan (10,7 faiz) və Litvada (9,4 faiz) qeydə alınıb. Ekspertlər əlavə edib ki, birinci rüblə müqayisədə avrozonada mənzil qiymətləri aprel-iyun aylarında 0,1 faiz, Avropa İttifaqında isə 0,3 faiz artıb. Şəffaflıq.az Geri qayıt |