Əsas Səhifə > XARİCİ XƏBƏR > İraqda toy salonundakı yanğında yaralanan 20 nəfər müalicə üçün Türkiyəyə gətirilib.

İraqda toy salonundakı yanğında yaralanan 20 nəfər müalicə üçün Türkiyəyə gətirilib.


3-10-2023, 08:53


İraqda toy salonundakı yanğında yaralanan 20 nəfər müalicə üçün Türkiyəyə gətirilib.

Şəffaflıq.az  

DHA-ya istinadən xəbər verir ki, yaralıları daşıyan İraqın hərbi təyyarəsi 21:00-da (Bakı vaxtı ilə 22:00-da) İstanbul Aeroportuna enib.

Yaralılar təcili tibbi yardım avtomobilləri ilə şəhərin Qaziosmanpaşa rayonundakı xəstəxanaya göndəriliblər.

Məsələ ilə bağlı açıqlama verən İraqın İstanbuldakı Baş konsulu Məhəmməd Salman Türkiyədəki səhiyyə sektorunun inkişaf etmiş olduğu üçün buranı seçdiklərini qeyd edərək Türkiyənin Xarici İşlər Nazirliyi və Səhiyyə Nazirliyinə minnətdarlığını bildirib.

Xatırladaq ki, sentyabrın 26-da İraqın Neynəvə mühafəzəsinin mərkəzi Mosul şəhərinin yaxınlığındakı Qaraquşda toy salonunda atəşfəşanlıq zamanı yanğın başlayıb. Nəticədə 100-dən çox insan həlak olub, 200-dən çox insan yaralanıb.


Geri qayıt