Əsas Səhifə > İnfrastruktur > MİDA: "Cəbrayılda 32 yaşayış binasının inşası nəzərdə tutulub"
MİDA: "Cəbrayılda 32 yaşayış binasının inşası nəzərdə tutulub"2-10-2023, 17:58 |
Azərbaycanın Cəbrayıl rayonunda 712 mənzildən ibarət 32 yaşayış binasının inşası nəzərdə tutulub. Şəffaflıq.az xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri Fərman Qurbanlı “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan "Ümumdünya Məskunlaşma Günü" Forumunda panel çıxışında deyib. Onun sözlərinə görə, layihələndirmə zamanı iş yerinə yaxınlıq, yaşıllıq ərazilərin, uşaq meydançalarının yaradılmasına diqqət edilir. F.Qurbanlı qeyd edib ki, MİDA tərəfindən Bakı, Sumqayıt, Yevlax, Gəncə və işğaldan azad edilən Füzuli və Cəbrayılda inşa prosesi qedir. Geri qayıt |