Əsas Səhifə > SON XƏBƏR > "Qarabağda erməni sakinlərə dövlət xidmətlərinin göstərilməsi reinteqrasiyanın başlanğıcıdır"
"Qarabağda erməni sakinlərə dövlət xidmətlərinin göstərilməsi reinteqrasiyanın başlanğıcıdır"2-10-2023, 13:18 |
Azərbaycanın Qarabağın erməni əhalisinə xidmət göstərməsi onların ölkə cəmiyyətinə reinteqrasiyası üçün ilk addımdır. Bu da ölkənin öz ərazilərində bütün əhalinin hüquqlarını qorumaq öhdəliyini göstərir. Şəffaflıq.az xəbər verir ki, bu barədə "BNN Breaking"in məqaləsində yazılıb. “Antiterror tədbirlərinin uğurla həyata keçirilməsindən sonra bu addımlar ölkənin mərkəzi hakimiyyət orqanları ilə Qarabağın erməni əhalisi arasında münasibətlərin yaxşılaşmasının göstəricisi hesab oluna bilər. Bu, həmçinin Azərbaycanın öz ərazilərində etnik mənşəyindən asılı olmayaraq, bütün əhalinin rifahını və hüquqlarını qorumaq öhdəliyini göstərir”, - məqalədə bildirilib. Müəllif qeyd edib ki, bir çox etnik ermənilər Azərbaycan hakimiyyətinin onların təhlükəsizliyinə təminat verməyəcəyindən, onlara ədalətli və humanist münasibət göstərməyəcəyindən qorxaraq bölgəni tərk edirlər: “Azərbaycan hökumətinin etnik ermənilərin hüquqlarına hörmətlə yanaşacağına dair vədi erməni əhalisinin qorxusunun aradan qaldırılması və iki xalq arasında münasibətlərin yaxşılaşması istiqamətində atılmış addım ola bilər”. Geri qayıt |