Əsas Səhifə > İnfrastruktur > Vahid Hacıyev: "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına 2027-ci ilədək 40 mindən çox insanın köçürülməsi nəzərdə tutulur"
Vahid Hacıyev: "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına 2027-ci ilədək 40 mindən çox insanın köçürülməsi nəzərdə tutulur"29-09-2023, 15:35 |
Azərbaycanın "2022-2026-cı illər Böyük Qayıdış" proqramı çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına 40 mindən çox məcburi köçkünün şəhərlərə və qəsəbələrə köçürülməsi nəzərdə tutulur. Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Cəbrayıl ,Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilan şəhərində keçirilən II Azərbaycan Milli Şəhərsalma Forumunda deyib. V. Hacıyevin sözlərinə görə, azad edilmiş ərazilərdə hazırda infrastruktur layihələri həyata keçirilir. O əlavə edib ki, innovativ tikinti materiallarından istifadə olunmaqla Zəngilan rayonunun Ağalı kəndində 200 fərdi ekoloji ev tikilib: "Ağıllı kənd innovativ texnologiyalar əsasında tikilib. Əhalinin kənddə yaşaması üçün əlverişli şərait yaradılıb. Tikilib istifadəyə verilən 134 evə 600-dən çox vətəndaş köçürülüb". Geri qayıt |