Əsas Səhifə > XARİCİ XƏBƏR > Gürcüstanda məktəblilər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər

Gürcüstanda məktəblilər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər


28-09-2023, 16:12



Gürcüstanın ikinci ən böyük şəhəri olan Kutaisidə dövlət və özəl məktəblərin şagirdləri ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər.

Bu barədə Kutaisi şəhər meriyasından məlumat verilib.

Qeyd olunur ki, məktəblilərə ictimai nəqliyyatdan pulsuz istifadə üçün xüsusi kartlar veriləcək.

“Bununla da 33 619 şagird bələdiyyə nəqliyyatından pulsuz istifadə edə biləcək”, - deyə Kutaisi şəhər meriyasından bildirilib.

Şəffaflıq.az


Geri qayıt