Əsas Səhifə > MALİYYƏ > Azərbaycan və Macarıstan birgə layihələrin icrasını müzakirə edib

Azərbaycan və Macarıstan birgə layihələrin icrasını müzakirə edib


26-09-2023, 16:13


Azərbaycan və Macarıstan arasında qarşılıqlı investisiyaların təşviqi və birgə layihələrin icrası müzakirə edilib.

Şəffaflıq.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad ilə videokonfrans formatında keçirdiyimiz görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişaf istiqamətləri, ticarət əlaqələrinin, qarşılıqlı investisiyaların təşviqi və birgə layihələrin icrası imkanları barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad ilə videokonfrans formatında keçirdiyimiz görüşdə ölkələrimiz arasında

#iqtisadi əməkdaşlığın inkişaf istiqamətləri, #ticarət əlaqələrinin, qarşılıqlı #investisiya-ların təşviqi və birgə layihələrin icrası imkanları barədə… pic.twitter.com/OUJ7mAB3OX— Mikayil Jabbarov (@MikayilJabbarov) September 26, 2023

Geri qayıt