Əsas Səhifə > FUTBOL > Azərbaycan minifutbol millisi Türkiyə yığması ilə qarşılaşacaq

Azərbaycan minifutbol millisi Türkiyə yığması ilə qarşılaşacaq


26-09-2023, 13:23


Azərbaycan minifutbol millisi Türkiyə yığması ilə yoxlama görüşü keçirəcək.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə  yığmanın baş məşqçisi Elşad Quliyev məlumat verib.

O bildirib ki, hazırda Antalyada təlim-məşq toplanışında olan komanda orada 3 yoxlama görüşü keçirməyi planlaşdırır: “Rəqiblər Türkiyə komandaları olacaq. Növbəti həftədən qarşılaşmaların təşkili nəzərdə tutulub. Rəqiblərdən biri Antalya təmsilçisi, digəri isə Türkiyə millisi olacaq”.

Baş məşqçi dünya çempionatının keçiriləcəyi Birləşmiş Ərəb Əmirliklərində də 2 yoxlama görüşü keçirəcəklərini söyləyib: “Oktyabrın 24-25-də Dubayda son sınaq matçlarımız olacaq. Orada daha güclü komandalarla görüşəcəyik”.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq. Elşad Quliyevin yetirmələri ilk görüşü oktyabrın 27-də İraqa qarşı keçirəcəklər.


Geri qayıt