Əsas Səhifə > SON XƏBƏR > Azərbaycana payız fəsli daxil olub
Azərbaycana payız fəsli daxil olub23-09-2023, 18:27 |
Azərbaycana payız fəsli daxil olub. Günəş ekliptika üzrə hərəkət edərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçib. Bununla da şimal yarımkürəsində payız, cənub yarımkürəsində isə yaz fəsli başlayıb. Bu gün bütün coğrafi enliklərdə Günəş şüaları Yer səthinə perpendikulyar düşür və gündüzlə gecənin uzunluğu bərabərləşərək 12 saat olur. Qeyd edək ki, şimal yarımkürəsində payız fəsli dekabrın 22-nə qədər davam edəcək. Dekabrın 22-si saat 7:27-də qış fəsli payızı əvəz edəcək. Şəffaflıq.az Geri qayıt |