Əsas Səhifə > XARİCİ XƏBƏR > Gürcüstanda xüsusi təhlükəsizlik rejimi: Parlament binasına giriş məhdudlaşdırıldı

Gürcüstanda xüsusi təhlükəsizlik rejimi: Parlament binasına giriş məhdudlaşdırıldı


22-09-2023, 14:02



Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib.

Deputatların və əməkdaşların təhlükəsizliyinin qorunması məqsədilə binaya giriş məhdudlaşdırılacaq. Məhdudiyyət media işçilərinə aid edilməyəcək.

Qeyd edək ki, bu gün müxalifətin tələbi ilə iqtisadiyyat naziri Levan Davitaşvili və daxili işlər naziri Vaxtanq Qomelauri parlamentdə çıxış edəcəklər.

Bununla paralel olaraq müxalifət və tərəfdarları parlament binası qarşısında hökumət əleyhinə aksiya keçirəcəklər.

Şəffaflıq.az


Geri qayıt