Əsas Səhifə > SİYASƏT > Azərbaycan və Rusiya liderləri regionda vəziyyətin daha da sabitləşdirilməsi üzrə prioritet addımları müzakirə ediblər
Azərbaycan və Rusiya liderləri regionda vəziyyətin daha da sabitləşdirilməsi üzrə prioritet addımları müzakirə ediblər21-09-2023, 15:26 |
Azərbaycan və Rusiya prezidentləri arasında regionda vəziyyətin daha da sabitləşdirilməsi və humanitar problemlərin aradan qaldırılması üzrə prioritet addımlar müzakirə edilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı zamanı bildirilib. Telefon danışığı zamanı regionda vəziyyətin daha da sabitləşdirilməsi və humanitar problemlərin aradan qaldırılması üzrə prioritet addımlar müzakirə edilib. Vladimir Putin Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Azərbaycan tərəfinin Rusiya sülhməramlıları ilə bu məsələlər üzrə qarşılıqlı fəaliyyətə hazır olduğu təsdiqlənib. Geri qayıt |