Əsas Səhifə > Maraqlı > Bu ölkədə qadınlara 5 saniyədən çox baxmaq cinsi təcavüz hesab olunacaq

Bu ölkədə qadınlara 5 saniyədən çox baxmaq cinsi təcavüz hesab olunacaq


7-11-2019, 15:20

 

 “Korean Air” təyyarəsində Monqolustan Konstitusiya Məhkəməsinin sədri Dorj Odbayarla yaşanan qalmaqaldan sonra ölkədə Dövlət qulluqçularının Davranış Məcəlləsinə və Dövlət qulluğu haqqında qanuna dəyişiklik ediləcək.

Şəffaflıq.az Konkret.az istinadən bildirir ki, bir neçə gün əvvəl Koreyaya uçan məhkəmə sədri stüardessalardan birini yumşaq yerinə şapalaq vurmaqla gündəmə gəlmişdi – təyyarədən düşərkən həbs olunan Odbayar diplomatik şəxs kimi tezliklə azad buraxılmışdı.

Yeni qanuna əsasən, qadınlara 5 saniyədən çox baxmaq cinsi təcavüz sayılacaq. Qanuna, həmçinin aşağıdakı müddəalar da əlavə ediləcək:

Biznes sinifində uçmaq qadağandır;

– Şirkət avtomobillərinin şəxsi məqsədlər üçün istifadəsi qadağandır;

– Dövlət işçilərinin maaşlarından çox məbləğdə hədiyyələr götürməsi qadağandır.
Geri qayıt