Əsas Səhifə > XARİCİ XƏBƏR > Moskvaya PUA hücumu olub

Moskvaya PUA hücumu olub


17-09-2023, 13:06



Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri bu gecə Moskvaya pilotsuz uçuş aparatından (PUA) hücumu dəf edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

"Bu gecə Hava Hücumundan Müdafiə Qüvvələri İstra rayonunda pilotsuz uçuş aparatının Moskvaya hücumunu dəf edib. İlkin məlumatlara görə, PUA-nın düşdüyü yerdə dağıntı və tələfat olmayıb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri işləyir", - deyə Moskva meri qeyd edib.


Geri qayıt