Əsas Səhifə > XARİCİ XƏBƏR / SƏHİYYƏ > Türkiyədə COVID-19-un yeni ştammı yayılıb

Türkiyədə COVID-19-un yeni ştammı yayılıb


15-09-2023, 18:23



Türkiyədə COVID-19-un yeni ştammı olan “Eris” yayılıb.

Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bəyan edib.

Onun sözlərinə görə yeni variant artıq doqquz nəfərdə tapılıb.

Qurum rəhbəri bununla belə vətəndaşları təlaşa düşməməyə çağırıb. F.Koca bildirib ki, ştamm başqa ölkələrdə yayılmışdı və Türkiyədə də gözlənilirdi. O, xüsusən yaşlıları və xroniki xəstəliklərdən əziyyət çəkənləri diqqətli olmağa çağırıb.

Qeyd edək ki, bu variantda görünən əsas simptom dadbilmə və iybilmə hissinin itməsidir.

“Eris” ştammı dünyanın 52 ölkəsində yayılıb. Mütəxəssislərin fikrincə, yaxın gələcəkdə statistikada ciddi artım müşahidə oluna bilər.

Şəffaflıq.az


Geri qayıt