Əsas Səhifə > XARİCİ XƏBƏR > Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Azərbaycanı təbrik edib

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Azərbaycanı təbrik edib


15-09-2023, 18:13



Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri, Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasını təmsil edən millət vəkili Şamil Ayrım Bakının işğaldan azad olunmasının 105-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

Şəffaflıq.az məlumat verir ki, bu barədə o, özünün “X” sosial şəbəkə hesabında yazıb.

“Dünən Bakının azad olunması üçün şəhid olan Nuru Killigil Paşanı və müzəffər ordusunu, bu gün də 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızı hörmət və rəhmətlə anıram”, - deyə Ş.Ayrım vurğulayıb.


Geri qayıt