Əsas Səhifə > XARİCİ XƏBƏR > Güney Azərbaycanda təqaüdçülər etiraz aksiyası keçiribilər

Güney Azərbaycanda təqaüdçülər etiraz aksiyası keçiribilər


15-09-2023, 18:08



Güney Azərbaycanda təqaüdçülər etiraz aksiyası keçiribilər

Sentyabrın 11-də Zəncan əyalətində rabitə idarəsində çalışmış bir qrup təqaüdçü hökumətin onların qanuni tələblərini nəzərə almamasına və laqeyd yanaşmasına qarşı etiraz aksiyası təşkil ediblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Aksiya keçirənlər Zəncan Telekommunikasiya Şirkətinin binası qarşısına toplaşaraq hökumətin biganəliyinə “13 illik zülmə son qoyulsun” başlıqlı plakat hazırlayaraq etiraz şüarları səsləndiriblər:

“Ləyaqətsiz nazir, utan, utan”, “Bacarıqsız nazir, utan, utan!”

Şəffaflıq.az


Geri qayıt