Əsas Səhifə > MALİYYƏ > "Yelo Bank"da məktəblilər üçün maarifləndirici tədbir baş tutub
"Yelo Bank"da məktəblilər üçün maarifləndirici tədbir baş tutub15-09-2023, 10:48 |
Yeni tədris ilinin başlamasına sayılı günlər qalmış "Yelo Bank" ASC və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məktəblilərin yollarda təhlükəsizliyini təmin etmək məqsədilə önəmli layihəyə imza atıb. Belə ki, Dövlət Yol Polisi nümayəndələrinin iştirakı ilə bankın Baş Ofisində əməkdaşların övladları üçün öyrədici təqdimat keçirilib. Bu təqdimat yol hərəkəti qaydalarına riayət etməyin, yol nişanlarını tanımağın, uşaqların piyada və gələcək sürücü kimi yaxşı hazırlıqlı olmalarının vacibliyini vurğulayırdı. Tədbirdə iştirak edən hər bir uşağa sonda sertifikat, mövzu ilə bağlı maarifləndirici və əyləncəli hədiyyələr təqdim edildi. Korporativ Sosial Məsuliyyət "Yelo Bank"ın prioritet fəaliyyət istiqamətlərindən biridir. Müştəriyönümlü xidmətlərə diqqət yetirən bank, həmçinin cəmiyyətimizin rifahı üçün ardıcıl sosial tədbirlər həyata keçirir. Bank bundan sonra da gələcəyimiz olan uşaq və gənclərə dəstək layihələrini davam etdirəcək. Yelo Bank – Parlaq bankçılıq! Şəffaflıq.az Geri qayıt |