Əsas Səhifə > XARİCİ XƏBƏR > Moldovanın ilk prezidenti vəfat edib

Moldovanın ilk prezidenti vəfat edib


14-09-2023, 14:02



Moldovanın ilk prezidenti Mirça Snequr 82 yaşında vəfat edib.

Bu barədə Moldova baş nazirinin sabiq müavini Konstantin Tampiza məlumat verib.

Mirça Snequr Kişineu mərkəzi qəbiristanlığında, həyat yoldaşının yanında dəfn olunacaq.

Xatırladaq ki, Mirça Snequr 1990-cı il sentyabrın 3-dən 1997-ci il yanvarın 15-dək Moldovanın prezidenti olub.

Şəffaflıq.az


Geri qayıt