Əsas Səhifə > İqtisadiyyat > Mikayıl Cabbarov: “Dövlət büdcəsinə vergi daxilolmaları 23%-dən çox artıb”
Mikayıl Cabbarov: “Dövlət büdcəsinə vergi daxilolmaları 23%-dən çox artıb”14-09-2023, 13:02 |
“Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,4% artaraq 12 milyard 80,4 milyon manat təşkil edib”. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Bu müddətdə qeyri neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 20,5% artaraq 6 milyard 865,6 milyon manat olub”, - nazir qeyd edib. Şəffaflıq.az Geri qayıt |