Əsas Səhifə > XARİCİ XƏBƏR > XİN: Azərbaycanın öz suveren ərazilərində qüvvələrini istənilən istiqamətə yönətmək hüququ var və buna müdaxilə qəbuledilməzdir
XİN: Azərbaycanın öz suveren ərazilərində qüvvələrini istənilən istiqamətə yönətmək hüququ var və buna müdaxilə qəbuledilməzdir13-09-2023, 15:25 |
Azərbaycanın öz suveren ərazilərində təlim məqsədilə, habelə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün qüvvələrini istənilən istiqamətə yönətmək hüququ vardır və bu addımlara müdaxilə qəbuledilməzdir. Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa XİN-in mətbuat katibinin səsləndirdiyi əsassız fikirlərinə dair şərhində bildirib. XİN sözçüsü qeyd edib ki, bu addımlar heç bir halda ölkəmizin mövcud sülh gündəliyinə sadiqliyini şübhə altına ata bilməz: "Azərbaycanın sülh prosesinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən tərəfimizdən atılan ardıcıl addımlarla sübut edilib. Suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq əzmimiz eyni dərəcədə möhkəm və qətiyyətlidir". Geri qayıt |