Əsas Səhifə > XARİCİ XƏBƏR > Mərakeş kralı zəlzələ qurbanları üçün qan verib

Mərakeş kralı zəlzələ qurbanları üçün qan verib


13-09-2023, 09:06


Mərakeş kralı VI Məhəmməd dağıdıcı zəlzələ qurbanları üçün qan verib.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə “Maghreb Arabe Press” xəbər agentliyi məlumat yayıb.

Qeyd edək ki, bu günə qədər 2,1 mindən çox insan Mərakeş-Safi bölgəsində xəstəxanalardadır, onlardan 484-ü ağır xəsarətlər alıb.

Son məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 2 091-ə çatıb, təbii fəlakət nəticəsində 5 530 nəfər yaralanıb.

Xatırladaq ki, Mərakeş Milli Geofizika İnstitutundan verilən açıqlamaya görə, sentyabrın 8-i yerli vaxtla saat 23:11-də (Bakı vaxtı ilə sentyabrın 8-də saat 02:11-də) ölkədə 7 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətindəki İgil bölgəsində olub, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.


Geri qayıt