Əsas Səhifə > SON XƏBƏR > Azərbaycanda ləğv prosesində olan bankın əmlakı üç dəfə hərraca çıxarılıb

Azərbaycanda ləğv prosesində olan bankın əmlakı üç dəfə hərraca çıxarılıb


12-09-2023, 16:21



Sentyabrın 28-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin daşınmaz əmlakının satışı üzrə üçüncü dəfə açıq hərrac keçiriləcək.

Şəffaflıq.az xəbər verir ki, bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət “Qafqaz İnkişaf Bankı”na məxsus Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 44 ünvanında yerləşən 0,8105 ha torpaq sahəsindən gedir.

Bankın daşınmaz əmlakına 2,55 milyon manat qiymət qoyulub.


Geri qayıt