Əsas Səhifə > FUTBOL > AVRO-2024: Azərbaycan millisi bu gün Belçika yığmasını qəbul edəcək

AVRO-2024: Azərbaycan millisi bu gün Belçika yığmasını qəbul edəcək


9-09-2023, 10:53


Azərbaycan futbol millisi bu gün AVRO-2024-ün seçmə məqsədi ilə oyununa çıxacaq.

Şəffaflıq.az  xəbərinə  görə, yığma V tur Belçika ilə üz-üzə gələcək.

Qrupun favoriti ilə yarışma “Dalğa Arena”da baş tutacaq. İlk üç oyunda cəmi 1 xal yazdıran Canni De Byazinin kollektivinin şansı o qədər də yüksək qiymətləndirilmir. FİFA reytinqində 5-ci pillədə qərarlaşan belçikalılar Bakıya qədər ciddi itkilərlə gələnlərə baxmayaraq, oyunun favoriti hesab olunurlar.

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 12-də eyni stadionda İordaniya ilə yoldaşlıq görüşü keçirəcək.

AVRO-2024-ün seçmə mərhələsi 
V tur 
F qrupu 
17:00. Azərbaycan – Belçika

 Baş hakim: Nenad Minakoviç (Serbiya). 
Bakı, “Dalğa Arena”

Xal vəziyyəti:  Avstriya - 10 (4 oyun), Belçika – 7 (3), İsveç – 3 (3), Estoniya – 1 (3), Azərbaycan – 1 (3).


Geri qayıt