Əsas Səhifə > HƏRBİ > MN: Qanunsuz erməni silahlılarının yeni səngərlər qazmaq cəhdinin qarşısı alınıb
MN: Qanunsuz erməni silahlılarının yeni səngərlər qazmaq cəhdinin qarşısı alınıb8-09-2023, 10:22 |
Sentyabrın 8-i saat 00:25 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. "Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb", - nazirlikdən əlavə edilib. Şəffaflıq.az Geri qayıt |