Əsas Səhifə > XARİCİ XƏBƏR > Rusiyanın üç vilayəti PUA hücumuna məruz qalıb

Rusiyanın üç vilayəti PUA hücumuna məruz qalıb


7-09-2023, 10:07



Bu gecə Rusiya səmasında Ukrayna Silahlı Qüvvələrinə məxsus yeddi pilotsuz uçan aparat vurulub.

Bu barədə Rusiya mətbuatı yazıb.

Qeyd olunub ki, PUA-lar Moskva, Rostov və Bryansk vilayətlərində obyektlərə hücum etməyə çalışıblar.

Dronların hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyi açıqlanıb.

Şəffaflıq.az


Geri qayıt