Əsas Səhifə > HƏRBİ > Azərbaycan Ordusunun Ordubad rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Ordubad rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub


5-09-2023, 22:57


Sentyabrın 5-i saat 21:35-dən 22:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bölmələrimizə dair cavab tədbirləri görülüb.


Geri qayıt