Əsas Səhifə > HƏRBİ > Zakir Həsənov Pakistana başsağlığı verib
Zakir Həsənov Pakistana başsağlığı verib5-09-2023, 16:31 |
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzəyə başsağlığı ünvanlayıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Başsağlığında deyilir: "Bəlucistan əyalətinin Qvadar şəhərində helikopterin qəzaya uğraması nəticəsində qardaş Pakistan Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının şəhid olması haqqında məlumat məni dərindən kədərləndirir. Allah rəhmət eləsin" Şəffaflıq.az Geri qayıt |