Əsas Səhifə > REGİON > Energetika naziri Füzulidə vətəndaşları qəbul edəcək
Energetika naziri Füzulidə vətəndaşları qəbul edəcək5-09-2023, 12:10 |
|
Energetika naziri Pərviz Şahbazov sentyabrın 22-də Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək. Şəffaflıq.az-ın nazirliyə istinadən verdiyi məlumata görə, qəbul saat 11:00-dan başlayaraq Füzuli rayonunun Horadiz şəhərində (ünvan: Horadiz şəhəri, H.Əliyev prospekti) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İmişli filialı (əlaqələndirici şəxs İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: ) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.Geri qayıt |