Əsas Səhifə > FUTBOL > Səbuhi Səfiyarlı: "Qarabağ"ın hazırkı qrupu ötənilki ilə müqayisədə vahiməli deyil"

Səbuhi Səfiyarlı: "Qarabağ"ın hazırkı qrupu ötənilki ilə müqayisədə vahiməli deyil"


1-09-2023, 17:07


"Hazırkı qrup ötənilki ilə müqayisədə o qədər də vahiməli deyil".

Bunu "Report"a açıqlamasında futbol eksperti, menecer Səbuhi Səfiyarlı "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərləndirərkən deyib.

O, 2022/2023 mövsümündə ölkə çempionunun "Nant", "Olimpiakos" və "Frayburq"la mübarizə apardığını və Konfrans Liqasında pley-offa yüksəldiyini xatırladıb: "Düşünürəm ki, bu dəfə də komandamızı ən azı yazda avrokuboklarda görə biləcəyik".

Səfiyarlı Azərbaycan təmsilçisinin görüşlərinin çətin olacağını vurğulayıb: "Komanda püşkatmada ikinci səbətdə yer aldığı üçün hamı III və IV səbətdən münasib rəqiblərin gələcəyini ehtimal edirdi. Çünki birinci səbətdən güclü klubun düşəcəyi gözlənilən idi. Amma bəlkə də III və IV səbətin ən güclüləri gəlib. Bu səbəbdən komandanın püşkatmada bəxtinin gətirmədiyini demək olar. Çünki daha uyğun rəqiblər var idi. "Molde"ni "Qalatasaray"la matçlardan xatırlayırıq, yaxşı mübarizə aparmışdılar. Türkiyə çempionu ilə dueldə futbol oynaya biləcəklərini göstərdilər".

Şəffaflıq.az


Geri qayıt