Əsas Səhifə > SİYASƏT > Azərbaycan səfirliyinə xain hücum - erməni terroru Livanda baş qaldırır - ŞƏRH
Azərbaycan səfirliyinə xain hücum - erməni terroru Livanda baş qaldırır - ŞƏRH31-08-2023, 18:07 |
Erməni terrorçuları növbəti dəfə Azərbaycanın xaricdəki diplomatik nümayəndəliyini hədəfə alıb. Bu dəfə Livandakı səfirliyimiz qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxs diplomatik nümayəndəliyin inzibati binasının ətrafındakı hasara zərər vurub, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıb. Məlumata görə, hadisə barədə diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdeh olan quruma məlumat verilən kimi hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Təxribatçılar ərazidən uzaqlaşmağa müvəffəq olublar. Qeyd olunub ki, səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə Livan Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir. Törədilmiş vandalizm aktı ilə bağlı araşdırma aparılır və ümid etmək olar ki, erməni vəhşiliyi cavabsız qalmayacaq. Beləliklə, beynəlxalq aləm növbəti dəfə erməni vəhşiliyinə şahid oldu. Terrorizm zəiflərin silahıdır və ermənilər də əsrlər boyu bu silahdan məharətlə istifadə edib. Bu dəfə yaşanan insidentin arxasında duran dövlətin Ermənistan və lobbisinin olduğu bəllidir. Terrorçu ASALA-nı qəhrəmanlaşdıran, faşist əlaltılarına heykəl qoyan, dinc Xocalı sakinlərinə soyqırımı törədənlərdən fərqli nəsə gözləməyə də dəyməz. Döyüş meydanında deyil, gizlicə, xaincəsinə mübaizə aparmaq erməni xislətinə xas xususiyyətdir və bu gün də onun şahidi oluruq. Artıq bununla neçənci dəfədir ki, diplomatik korpuslarımıza eyni ssenari ilə erməni hücumları baş verir. London, Paris, Vaşinqton və s. şəhərlərdə analoji hallar buna misaldır. Onlardan bəzilərinə nəzər salaq. Məsələn, bu gün insan hüquq və normalarından bəhs edən Fransada iki dəfə səfirliyimizə basqın edilib. Bu ölkədəki hadisə ilə yanaşı, Vaşinqtonda Azərbaycan səfirliyinin xidməti avtomobilinin atəşə tutulmasını da bu qəbildən hesab etmək olar. Tehrandakı səfirliyə silahlı hücumun da erməni terrorundan yararlanıb həyata keçirildiyini söyləmək olar. Bu akt vandalizmin pik həddi idi. Hücum zamanı səfirlik əməkdaşı qətlə yetirildi və yalnız personalın işçilərindən birinin qəhrəmanlığı sayəsində qətliamın qarşısını almaq mümkün oldu. Təəssüf doğuran hal ondan ibarətdir ki, insidentin üstündən xeyli keçsə də, cavabdeh tərəf obyektiv istintaq ortaya qoymayıb. Londonda Azərbaycan səfirliyinə edilən hücumu xatırlayaq. Azərbaycan bayrağını çıxarıb yerinə dini şüar yazılmış bayraq taxılması, divarlara, pəncərələrə ərəb dilində şüar yazıb səsləndirilməsini də bu qəbildən hesab etmək olar. Hücumlar müxtəlif ölkələrdə gerçəkləşsə də, şübhə yoxdur ki, bir mərkəzdən idarə olunur. Yeri gəlmişkən, diplomatik binalar qarşısında aksiyalara hər yerdə rast gəlinir və bu normal haldır. Lakin diplomatik korpusun yerləşdiyi binaya hücum fərqlidir - bu, cinayət əməlidir. Bu, ilk növbədə həmin dövlətə, konkret halda isə Azərbaycana hücum deməkdir, çünki səfirlik ərazisi, hansı ölkədə olsa da, ölkəmizin ərazisidir. Erməniləri ağuşuna alan müsəlman, şiə Livan dövlətinin zəruri addımlar atacağı şübhə doğursa da, hər halda ümidimizi itirməyək. Məyusluq doğuran hal ondan ibarətdir ki, Azərbaycanı hədəfə alan beynəlxalq təşkilatlar və dövlətlər bu kimi vandalizm hallarına lazımi reaksiya göstərmir, susmağa çalışırlar. Onlar da gözəl bilir ki, səfirliklərə hücumlar hər şeydən öncə beynəlxalq hüququn pozuntusudur və arxasında da erməni lobbisi və Ermənistan dövləti dayanır. Halbuki diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyası, Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası, BMT-nin immunitet və imtiyazları haqqında 1946-cı il Konvensiyası kimi sənədlər beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə, onun xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə hücumu yolverilməz hesab edir. Beləliklə, Livan da daxil olmaqla indiyə qədər edilən hücumların gerçəkləşdirilməsini erməni lobbisinin və onun havadarlarının zəifliyinin nəticəsi kimi qiymətləndirmək olar. Bu kimi cılız aktlar törətməklə ümid edirlər ki, Azərbaycana təzyiq göstərə və onu haqq yolundan döndərməyə müvəffəq olacaqlar. Lakin yanılırlar. Azərbaycan 44 günlük müharibə zamanı belə bu təzyiqlərə tab gətirdi. Haqq işini sona çatdırdı. Bu gün də Laçın yolunda "humanitar böhran" şousunun Ermənistanın və havadarlarının acı məğlubiyyəti və uğursuzluğu ilə nəticələnəcəyi şəksizdir. Geri qayıt |