Əsas Səhifə > REGİON > Ukraynanın paytaxtı Kiyevə raket hücumu olub,2 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb
Ukraynanın paytaxtı Kiyevə raket hücumu olub,2 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb30-08-2023, 07:47 |
|
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə raket hücumunda havada zərərsizləşdirilən mərmi qalıqlarının düşməsi nəticəsində 2 nəfər ölüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası məlumat yayıb.“Təəssüf ki, Kiyevin Şevçenko rayonunda dağıntıların müəssisənin ərazisinə düşməsi nəticəsində, ilkin məlumata görə, 2 nəfər həlak olub. Daha bir nəfər xəsarət alıb. Ona tibbi yardım göstərilir”, - KŞHA-nın rəisi Serhiy Popko bildirib. Şəhərin meri Vitali Kliçkonun sözlərinə görə, 2 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb və xəstəxanaya yerləşdirilib. Geri qayıt |