Əsas Səhifə > Hadisə > FHN: Dağlıq ərazidə köməksiz qalan şəxslərlə rabitə qurulub, təxliyə işləri aparılır
FHN: Dağlıq ərazidə köməksiz qalan şəxslərlə rabitə qurulub, təxliyə işləri aparılır30-08-2023, 00:50 |
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə iki vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə FHN-dən bildirilib. Məlumatla əlaqədar dərhal köməksiz vəziyyətdə qalan şəxslərlə rabitə əlaqəsi yaradılıb və koordinatları müəyyən edilərək aidiyyəti üzrə ötürülüb. Hazırda vətəndaşlar Elnur Nəciyevin və Emil Cəbrayılovun aidiyyəti qurumlarla koordinasiyalı şəkildə təxliyə edilməsi istiqamətində işlər aparılır. Şəffaflıq.az Geri qayıt |