Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > “2020-ci ildə əməkhaqlarının artımı gözlənilir” - NAZİR
“2020-ci ildə əməkhaqlarının artımı gözlənilir” - NAZİR5-11-2019, 15:03 |
"Əhalinin sosial təminatının yaxşılaşdırılması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən bir sıra mühüm addımlar atılıb. Bu işlər 2020-ci ildə də davam etdiriləcək". Bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2020-ci il dövlət büdcəsi zərfinin müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, gələn il büdcədə sosial təminatla bağlı əhəmiyyətli artım olacaq. "2020-ci ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlar da daxil olmaqla, əməkhaqlarının artımı gözlənilir", - deyə nazir bildirib. Şəffaflıq.az Geri qayıt |