Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda həyatın yaşam sığortasının məhdudlaşdırılmasının səbəbləri açıqlanıb
Azərbaycanda həyatın yaşam sığortasının məhdudlaşdırılmasının səbəbləri açıqlanıb28-08-2023, 12:51 |
"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi ölkədə fəaliyyət göstərən bütün həyat sığorta şirkətləri tərəfindən sentyabrın 1-dən “Həyatın Yaşam Sığortası” məhsuluna qoşulma zamanı kredit xəttininin məhdudlaşdırılmasının səbəblərini açıqlayıb. ASA “Report”un sorğusuna cavab olaraq bildirib ki, məhsul çərçivəsində kreditləşmənin ləğv olunmasının əsas məqsədi məhsulun yığım və sığorta xarakteristikalarının təkmilləşdirilməsi ilə bağlıdır. “Bu məhsul çərçivəsində kreditləşmənin ləğv olunmasının əsas məqsədi məhsulun yığım və sığorta xarakteristikalarının təkmilləşdirilməsi ilə sığorta olunanlarda uzunmüddətli yığım mədəniyyətinin artırılması, eyni zamanda məhsulun iqtisadiyyatda uzunmüddətli vəsaitlər generasiya edilməsində sektorun töhfəsinin artırılmasıdır. Bu şərt qeyd olunan tarixdən əvvəl yaradılmış müqavilələrə şamil edilmir. ASA bütün sığorta iştirakçıları ilə birlikdə sığorta bazarının inkişafı, eləcə də məhz həyat sığortasının insanlarımızın həyatına dəyər qatması istiqamətində fəaliyyətini daha da genişləndirəcəkdir”, - açıqlamada deyilir. Bildirilir ki, bu məhsulun imkanlarının effektiv reallaşdırılması ilə əhalini uzunmüddətli yığıma daha fəal təşviq etmək, bununla da sektorun, eləcə də bu məhsulun istifadəçilərinin ölkə iqtisadiyyatı üçün vacib olan investisiya fəallığının genişləndirilməsi məqsədilə bazarın həyat sığortası iştirakçıları, 5 həyat sığorta şirkəti, ASA tərkibində müzakirələr nəticəsində sentyabrın 1-dən etibarən həyatın yaşam sığortası məhsuluna qoşulma zamanı kredit xəttindən istifadəni təklif etməyəcəklər. Qeyd edək ki, "Həyatın yığım sığortası” məhsulundan istifadə edənlər gəlirlərini artırmaq məqsədi ilə əməkhaqqının əsas hissəsini yığım sığortasına yönəldirlər. Əvəzində şirkətlər sığortaolunanlara illik 7,5 %-lə kredit xətti təklif edirlər. Nəticədə isə, “Həyatın yığım sığortası” məhsulundan istifadə etməklə əməkhaqqının əsas hissəsindən 50 % və ya 72 % (əməkhaqqıdan asılı olaraq) qazanc və aşağı faizlə kredit xətti əldə edilir. Geri qayıt |