Əsas Səhifə > REGİON > Beş Aİ ölkəsi Ukraynadan taxıl idxalına qoyulan qadağanın müddətini uzatmaq istəyir
Beş Aİ ölkəsi Ukraynadan taxıl idxalına qoyulan qadağanın müddətini uzatmaq istəyir25-08-2023, 21:24 |
Polşa, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya Avropa İttifaqının (Aİ) Ukraynadan bu ölkələrə taxıl idxalına qoyduğu qadağanın müddətini ilin sonuna qədər uzadılmasının tərəfdarıdır. Şəffaflıq.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Polşanın kənd təsərrüfatı naziri Robert Telus bildirib. “Biz ilin sonuna qədər ölkələrimizə idxala qadağa qoyulmasının tərəfdarıyıq. Demək istəyirəm ki, bu, uğursuz olsa belə, bəzi ölkələr öz məhdudiyyətlərini qoyacaqlar. Bizim mövqeyimiz aydındır”, - o deyib. Nazirin sözlərinə görə, beş ölkənin kənd təsərrüfatı nazirləri də taxıl tranzitinin subsidiyalaşdırılmasının tərəfdarı olduqları ilə razılaşırlar və idxalına qadağa qoyulmuş məhsullar siyahısına başqalarının da, məsələn, Polşa nümunəsində moruğun əlavə olunmasını istəyirlər. Geri qayıt |