Əsas Səhifə > İnfrastruktur > Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub İNFRASTRUKTUR
Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub İNFRASTRUKTUR25-08-2023, 21:12 |
Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanış olub. Şəffaflıq.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına aparılan işlər barədə məlumat verib. Bildirilib ki, inşası sürətlə davam etdirilən 75,8 kilometr uzunluğunda yeni yol mövcud yoldan 32 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol ikizolaqlı və dördzolaqlı olmaqla inşa edilir. Yeni yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir. Dövlət başçısına yol üzərində inşa olunacaq T-9 tuneli barədə də məlumat verilib. Qeyd edilib ki, tunelin uzunluğu 224 metrdir. İkizolaqlı tunelin eni 10,6 metrdir. Geri qayıt |