Əsas Səhifə > XARİCİ XƏBƏR > Konqoda torpaq mübahisəsi 12 nəfərin ölümünə səbəb olub

Konqoda torpaq mübahisəsi 12 nəfərin ölümünə səbəb olub


23-08-2023, 19:14


Konqo Demokratik Respublikasında torpaq mübahisəsi nəticəsində 3-ü təhlükəsizlik işçisi olmaqla 12 nəfər ölüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Reuters” ordu nümayəndələrinə istinadən məlumat yayıb.

Silahlı toqquşma sosial gərginliklə xarakterizə olunan İturi əyalətində baş verib.

Bundan əlavə, iki polis və iki əsgər itkin düşüb.

Bildirilir ki, hadisəyə səbəb iki kənddən hansının torpaq sahəsinə sahib olması ilə bağlı fikir ayrılığıdır.“Report”  


Geri qayıt