Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda nəzarət olunan xarici müəssisə haqqında arayışın təqdim edilmə qaydası dəyişdirilib
Azərbaycanda nəzarət olunan xarici müəssisə haqqında arayışın təqdim edilmə qaydası dəyişdirilib23-08-2023, 15:44 |
İqtisadiyyat Nazirliyinin Kollegiyasının 28 iyul 2023-cü il tarixli qərarına əsasən “Nəzarət olunan xarici müəssisə haqqında arayışın rezident fiziki və hüquqi şəxslər tərəfindən vergi orqanına təqdim edilmə forması və qaydası”nın təsdiq edilməsi haqqında” Qərara dəyişiklik edilib. Şəffaflıq.az bu barədə Vergi Xidmətinə istinadən xəbər verir. Qaydalara “Nəzarət olunan xarici müəssisənin mənfəətinin Azərbaycan rezidenti hesab edilən şəxsin vergi tutulan gəlirlərinə daxil edilməsi” ilə bağlı müddəa əlavə edilib. Belə ki, müəyyən edilmiş yeni qaydalara əsasən, rezident hesab edilən şəxsin vergi tutulan gəliri nəzarət olunan xarici müəssisənin gəlir və xərclərini nəzərə alaraq həmin müəssisədəki payının ümumi paydakı xüsusi çəkisinə (faiz nisbətinə) əsasən hesablanır. Həmçinin, nəzarət olunan xarici müəssisənin rezidenti olduğu ölkələrdə və ya ərazilərdə ödənilən mənfəət (gəlir) vergisi rezidentin nəzarət olunan müəssisədəki payının ümumi paydakı xüsusi çəkisinə (faiz nisbətinə) uyğun olaraq Azərbaycanda ödənilməli olan mənfəət (gəlir) vergisindən çıxılır. Bununla yanaşı, qaydalara “Arayışın təqdim edilmə qaydası və həmin arayışa əlavə edilən sənədlər”, “Valyutanın konvertasiyası”, “Məlumatların məxfiliyi”, “Məlumat mübadiləsinin aparılması”, “Mübahisələrin həlli” maddələri əlavə edilib. Vergi ödəyiciləri dəyişikliklər barədə daha ətraflı məlumatı Dövlət Vergi Xidmətinin rəsmi saytından əldə edə bilərlər. Geri qayıt |