Əsas Səhifə > İnfrastruktur > "SOCAR AQŞ" və "Türkiyə Neft Şirkəti" qazma xidmətləri üzrə yeni müqavilə imzalayıb
"SOCAR AQŞ" və "Türkiyə Neft Şirkəti" qazma xidmətləri üzrə yeni müqavilə imzalayıb23-08-2023, 15:35 |
Kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkəti "SOCAR AQŞ" MMC-nin törəmə şirkəti “SOCAR AQŞ Sondaj Mühendislik Sanayi ve Ticaret A.Ş” ("SOCAR AQŞ Türkiyə"), Türkiyənin dövlət neft şirkəti olan "Türkiyə Petrolları Anonim Ortaqlığı" (TPAO) şirkəti ilə qazma xidmətləri üzrə mühüm müqavilə imzaladığını elan edir. Müqaviləyə əsasən, "SOCAR AQŞ Türkiyə" Türkiyənin cənub-şərq bölgəsində quruda yerləşən dörd neft quyusu üçün qazma xidmətləri göstərəcək. Bu müqavilə enerji sektorunda strateji tərəfdaşlığı təmsil edən hər iki təşkilat üçün mühüm nailiyyətdir. Sazişin ölkənin ümumi neft hasilatını dəstəkləyəcəyi və regionda məşğulluğu artıracağı gözlənilir. Əlamətdar hadisəni şərh edən "SOCAR AQŞ"nin Baş direktoru Samir Mollayev bildirib: “SOCAR AQŞ Türkiyə" zəngin təcrübəsindən, müasir texnologiyalardan istifadə edərək, layihə zamanı təhlükəsiz və səmərəli fəaliyyət göstərməyi və maksimum məhsuldarlığı təmin etməyi qarşısına məqsəd qoyub”. “SOCAR AQŞ Türkiyə" və TPAO arasında olan bu tərəfdaşlıq, regionun enerji sənayesinin inkişafını dəstəkləmək üçün qarşılıqlı öhdəliyi vurğulayır. Biz texniki təcrübəmizdən istifadə etməyi və hər iki tərəfə uğur gətirəcək uzunmüddətli əlaqələri inkişaf etdirməyi səbirsizliklə gözləyirik”, - "SOCAR AQŞ Türkiyə"nin üzrə menecer Famil Xələfov əlavə edib. "SOCAR AQŞ" innovativ texnologiyaları və peşəkar işçi qüvvəsi ilə müştərilərin gözləntilərini mütəmadi olaraq qarşılayaraq etibarlı xidmət təminatçısı kimi nüfuz qazanmışdır. Şirkət həm mövcud, həm də potensial layihələr üçün təhlükəsiz və səmərəli nəticələr təqdim etmək öhdəliyinə sadiq qalaraq, TPAO-nun gələcək səyləri üçün etibarlı tərəfdaş olacaq. "SOCAR AQŞ" haqqında: "SOCAR AQŞ" 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), "Nobel Energy" və "Abşeron Qazma" MMC-nin (AQŞ) təsis etdiyi kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir. Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. "SOCAR AQŞ" ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz, etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir. "SOCAR AQŞ" 2009-cu ildən "Beynəlxalq Qazma Podratçıları Assosiasiyası"nın (IADC) üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir. Daha ətraflı: "SOCAR AQŞ Türkiyə" haqqında: "SOCAR AQŞ Türkiyə" 2019-cu ildə "SOCAR AQŞ"nin törəmə müəssisəsi kimi təsis edilib, eyni il Türkiyədə Tuz Gölü yeraltı qaz anbarının genişləndirilməsi layihəsi üzrə "China CAMC Engineering Co., Ltd-IC İctas Construction Industries & Trade Inc. JV" ilə qazma müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, "SOCAR AQŞ Türkiyə" Türkiyənin Aksaray rayonunun Tuz Gölü bölgəsində 40 quyu qazaraq təhvil verib. Tuz Gölü yeraltı qaz anbarının genişləndirilməsi Türkiyənin təbii qaza olan tələbatını ödəmək üçün böyük əhəmiyyət kəsb edir və "SOCAR AQŞ Türkiyə" bu mühüm missiyanın uğurla həyata keçirilməsinə töhfə verib. Geri qayıt |