Əsas Səhifə > Hadisə > Bakıda 30 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb

Bakıda 30 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb


22-08-2023, 09:46


Avqustun 22-də 8 saat radələrində Bakının Nərimanov rayonunun Rövşən Əliyev küçəsində 1993-cü il təvəllüdlü Samir Məhərrəmovun kəsilmiş-deşilmiş xəsarətlər alması və xəstəxanaya aparılan zaman ölməsi ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Bu barədə  Nərimanov rayon prokurorluğundan bildirilib.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

Şəffaflıq.az


Geri qayıt