Əsas Səhifə > Hadisə > Bilgəhdə dənizdə batan şəxsin axtarışları aparılır

Bilgəhdə dənizdə batan şəxsin axtarışları aparılır


20-08-2023, 22:39


Bilgəhdə dənizdə batan şəxsin axtarışları aparılır.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

"112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Şəffaflıq.az 


Geri qayıt